10 C
Baku
Thursday, December 12, 2024

Mətbuat Şurasının İdarə Heyətində dəyişiklik edildi

Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.

İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.

Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qəbul edib. Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyəti üzvləri sırasına daxil edilib.

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda 23 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Mətbuat Şurasının sədri vəzifəsinə isə Rəşad Məcid seçilib.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər