-3 C
Baku
Sunday, December 15, 2024

“M Bulak Bank Olmayan Kredit Təşkilatı”nda nöqsanlar aşkarlanıb

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə martın 4-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “M Bulak Bank Olmayan Kredit Təşkilatı” MMC-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa Nərimanov rayonunda Vüqar Quliyevə məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda “Starex” MMC-yə məxus mağazada, Xəzər rayonunda “Oba market”də, Xədicə Orucovaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Rose geyim mağazası”nda, Nəsimi rayonunda “Dynamex” MMC-də, ümumilikdə, 7 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər