16 C
Baku
Monday, April 29, 2024

Macar şirkətləri Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək

Macar şirkətləri Qarabağda Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Yenidənqurma Macarıstan şirkətlərinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənmiş konsorsiumu tərəfindən həyata keçiriləcək”, – o deyib.

Nazir, həmçinin, Macarıstanla Azərbaycanın 50 milyon kubmetr qazın Macarıstanda saxlanılmasını nəzərdə tutan qaz tədarükü üzrə razılaşma ilə enerji əməkdaşlığını yeni səviyyəyə çıxardığını əlavə edib.

“Bu özlüyündə ikitərəfli strateji əməkdaşlığımızda mühüm addımı əks etdirir. Macarıstan və Azərbaycan 50 milyon kubmetr qazın Macarıstana nəqlini nəzərdə tutan qaz tədarükü üzrə razılaşma əldə ediblər və tədarük artıq başlayıb. Bu hadisə Macarıstanın enerji təhlükəsizliyinə müsbət töhfə hesab edilir”, – deyə Siyarto qeyd edib.

Bundan əvvəl Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın dediyi kimi, Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konkret layihələrin inkişafı üzərində çalışır.

“Əslində, 2021-ci ilin yanvarında Macarıstan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduğunu bildirən ilk ölkələrdən biri olub və o vaxtdan bəri müxtəlif yüksək səviyyəli görüşlərdə niyyətlərimizi təsdiqləmişik. Şirkətlərimiz 2021-ci ilin oktyabrında, eləcə də, 19 oktyabr – 21 oktyabr 2022-ci il tarixlərində “Rebuild Karabakh EXPO” sərgisində iştirak ediblər”, – səfir deyib.

Torma artıq infrastruktur, şəhər və kənd təsərrüfatı inkişafı kimi potensial əməkdaşlıq sahələrinin müəyyən olunduğunu qeyd edib.

“Hazırda bu sahələrdə konkret layihələrin təşviqi üzərində işləyirik. Qeyd etmək vacibdir ki, Macarıstanın EXIM Bankının maraqlı Macarıstan və Azərbaycan şirkətlərinin birgə layihələrinin maliyyələşdirilməsi üçün 120 milyon ABŞ dolları məbləğində xüsusi kredit xətti var”, – deyə səfir əlavə edib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər