7 C
Baku
Sunday, December 15, 2024

Macarıstan Aİ-nin Ukraynaya 18 mlrd. avroluq yardımı təsdiqləməsinə veto qoyub

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avroluq makro-iqtisadi yardımı təsdiqləməsinə veto qoyub.

Aİ-nin iqtisadiyyat və maliyyə nazirlərinin iclasında Macarıstanın maliyyə naziri Mihali Varqa ölkəsinin sözügedən düzəlişin əleyhinə olduğunu açıqlayıb.

Ukraynanın getdikcə artan büdcə kəsirini azaltması və iqtisadiyyatını qoruyub saxlamasına sərf ediləcək yardımın 2023-cü il ərzində hər ay 1,5 milyard avro olmaqla Ukraynaya ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Macarıstan Aİ-nin ortaq büdcəsindən ayrılacaq 7,5 milyard avronun dondurulması təhlükəsi ilə üzləşib. Buna səbəbin Budapeştin korrupsiya, ictimai satınalmalar, hökumət rəsmilərinin vəzifələrinə uyğun olmayan fəaliyyətlərlə bağlı islahatları tamamlaya bilməməsi göstərilir.

Son xəbərlər
Digər xəbərlər