17 C
Baku
Monday, April 29, 2024

Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq

Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq. Bu barədə razılaşmaya Macarıstanın Baş naziri Viktor Orban ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə aparılan danışıqların yekununda nail olunub.

Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin başçısı Peter Siyyarto bəyan edib.

“Biz Türkiyənin “Botas” şirkəti ilə razılaşma üzərində işləri başa çatdırdıq. Razılaşmaya əsasən, gələn ilin yaz və yay ayları ərzində biz Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”, – deyə nazir bildirib.

Siyyarto həmçinin vurğulayıb ki, Viktor Orban və Rəcəb Tayyib Ərdoğanın görüşündə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması barədə sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası barədə məsələ müzakirə olunub.

O əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana növbəti dəfə dekabrın 18-də səfər edəcək.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər