17 C
Baku
Friday, April 19, 2024

Macarıstan Qazprom ilə razılığa gəldi

Macarıstan Rusiyanın “Qazprom” şirkəti ilə 1,9 milyard avro həcmində qaz tədarükü üçün ödənişin təxirə salınması ilə bağlı razılığa gəlib.

Bu barədə çərşənbə axşamı Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, 1,9 milyard avro dəyərində hesablanan təxirə salınmış ödənişi nəzərə almasaq, Macarıstan bu qış Rusiya qazının tədarükü üçün təxminən 4 milyard avro ödəməli olacaq.

Avqustun 31-də Macarıstan “Qazprom”la sentyabrın 1-dən gündə əlavə 5,8 milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Bazar ertəsi Index portalı Macarıstanın MVM şirkəti ilə qış dövründə maliyyələşdirməni optimallaşdırmaq üçün qaz ödənişlərini təxirə salmaq üçün Qazprom ilə müqavilə bağladığını bildirib.

Ötən ilin sentyabrında MVM Ukraynadan yan keçməklə Serbiya və Avstriyadan keçən boru kəmərləri vasitəsilə ildə ümumilikdə 4,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan Qazprom ilə iki uzunmüddətli müqavilə bağlayıb. Müqavilə 15 il müddətinə nəzərdə tutulub və icraya başlandıqdan 10 il sonra baxıla bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər