7 C
Baku
Thursday, December 12, 2024

Macarıstan Rusiya neftinin Serbiyaya nəqlinə kömək edəcək

Macarıstan Rusiya neftinin Serbiyaya nəqlini nəzərdə tutan yeni boru kəməri layihəsi üçün Serbiyaya yardım edəcək.

Macarıstan hökuməti boru kəməri sayəsində Serbiyanın Rusiya neftini daha ucuz qiymətə tədarük edəcəyini və bu addımın Macarıstanın regionun enerji infrastrukturunun şaxələndirilməsi siyasətinin bir hissəsi olduğunu bildirib.

Yeni boru kəmərinin tikintisi üçün Serbiya ilə razılığa gəldiklərini açıqlayan Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç deyib ki, Serbiya hazırda neftin böyük hissəsini Xorvatiya ərazisindən keçən JANAF boru kəməri vasitəsilə alır. Lakin gələcəkdə bu, Avropa İttifaqının sanksiyaları səbəbindən bu, mümkün olmayacaq.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Serbiya dekabrın 1-dən etibarən Xorvatiya üzərindən Rusiya xam neftini ala bilməyəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər