Macarıstanın sol təmayüllü “Népszava” qəzeti özünün hökumətdə olan mənbələrinə istinadla xəbər verir ki, bu il hökumət iri saziş bağlamaq niyyətindədir. Bu, “Budapest Bank”, “MKB” və əmanət kooperativ kassalarının birləşdirilməsi nəticəsində dövlət “giqabankı”nın yaradılması deməkdir.
Ölkədəki digər mənbənin – “24.hu” portalının yaydığı məlumatda isə bu halda hökumətin məqsədi “ölkənin ən zəngin adamından asılı olmayan” və iri filiallar şəbəkəsinə, həmçinin maliyyə aktivlərinə malik olan bankı yaratmaqdır.
Hökumət nümayəndələri hələ bu planların mövcudluğunu elan etməsələr də, “Népszava” qəzeti iddia edir ki, sazişin bağlanmasının ləngiməsinə səbəb yalnız birləşmənin texniki aspektlərinin gözlənildiyindən daha az sürətlə həll olunmasıdır. Nəşr yazır ki, hökumətdə razılaşmanın icrasını tezləşdirmək niyyətindədirlər və onun başa çatması üçün 2019-cu ilin sonunadək müddət təyin ediblər.
©Azərtac