6 C
Baku
Sunday, December 15, 2024

Mağazalarda təkcə üç aya 766 mln. manatlıq POS-terminallarla ödəniş olub

2023-cü ilin ilk rübündə Azərbaycanın pərakəndə ticarət dövriyyəsində POS-terminallarla ödənişlərin həcmi kəskin yüksəlib.

Banker.az-ın rəsmi statistikaya istinadla xəbərinə görə, hesabat müddətində 1 mlrd. 8.95 mln. manatlıq ərzaq malları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarəti olub. Bunun 766.03 mln. manatı POS-terminallar vasitəsi ilə aparılıb. Dövlət Statistika Komitəsi bildirir. Bunun da yalnız 3.08 mln. manatı mikro bizneslərin payına düşüb.

Bu da ötən ilin ilk rübü ilə müqayisədə 281.21 mln. manat və ya 58% artım deməkdir. 2022-ci ilin ilk rübündə POS-terminallarla aparılan ərzaq, ərzaq malları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarətinin həcmi 484.82 mln. manat idi.

2023-cü ilin ilk rübü hətta adətən pərakəndə ticarətin daha güclü olduğu son rübünü (2022, oktyabr-dekabr ayları) də üstələdi. Belə ki, həmin dövrdə 731.19 mln. manatlıq POS-terminallarla ödənişlər edilmişdi.

Həmin məhsullar üzrə cəmi 29.7 mln. manatlıq e-ticarətlə məhsullar alınıb, bu öncəki ildə 25.79 mln. idi.

Xatırladaq ki, Azərbaycanda nağdsız ödənişlərin həcmini artırılmasında hökumət daha çox maraqlıdır. Bunun üçün 2021-ci ildən “ƏDV geri al” layihəsini işə salıb və bu nağdsız ödənişlərə keşbek nağddan daha çox qaytarılır. Üstəlik də, bankların müştəri qazanmaq uğrunda pulsuz bank kartı paylamaları, keşbek qaytarmaları nağdsız ödənişləri kəskin yüksəldib.

Son xəbərlər
Digər xəbərlər