Fransa prezidenti Emmanuel Makron yenidən seçildikdən sonra ilk rəsmi səfərini Almaniyaya edəcək.
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, səfər mayın 9-da baş tutacaq.
Səfər çərçivəsində Makron Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Tərəflər müdafiə və enerji siyasətini müzakirə edəcəklər.