Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərəsiz ola bilər.
Bu barədə TASS telekanalına istinadən xəbər verilir.
O, Avropa İttifaqının Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında deyib: “İndi sanksiyaların vaxtı deyil. Onlar səmərəsiz ola bilər”.
Prezidentin sözlərinə görə, hazırda Azərbaycanla dialoqu davam etdirmək lazımdır.