10 C
Baku
Friday, December 13, 2024

Makron gələn il Çinə səfər etməyi planlaşdırır

Fransa prezidenti Emmanuel Makron gələn ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır.

Bu barədə bazar ertəsi Fransanın Çindəki səfiri Loran Bilinin “Global Times” qəzetinə müsahibəsində deyib.

“Prezident E.Makron vəzifəyə gəldikdən sonra iki dəfə Çinə səfər edib və gələn ilin əvvəlində Çinə səfər etmək niyyətindədir”, – deyə səfir bildirib. O qeyd edib ki, E.Makron və Çin Prezidenti Si Cinpin müntəzəm əlaqə saxlayırlar: pandemiyanın başlamasından keçən üç il ərzində onlar 10 dəfədən çox danışıblar.

“Bununla belə, üzbəüz görüşlər ölkələrimiz arasında uğurlu əməkdaşlığın açarıdır. Prezident E.Makron və Çin Prezidenti Si Cinpin arasında bu yaxınlarda Balidə keçirilən görüş qarşılıqlı maraq doğuran bir sıra məsələlərin, həmçinin hələ də fikir ayrılıqlarının qaldığı məsələlərin müzakirəsi üçün vacib idi”, – deyə diplomat bildirib.

Onun sözlərinə görə, E.Makron və Si Cinpin telefon danışıqları zamanı tez-tez Ukrayna böhranını, Koreya yarımadasındakı vəziyyəti, iqlim dəyişikliyi ilə mübarizəni və ərzaq təhlükəsizliyini müzakirə edirlər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər