12 C
Baku
Wednesday, December 11, 2024

Makron Londonu Brexit üçün alternativ bir plan təqdim etməyə çağırıb

Böyük Britaniyanın 2019-cu ilin may ayında keçiriləcək Avropa seçkilərində iştirak etməsi ehtimalı yalnız Londonun alternativ planı etibarlı olduqda qəbul edilə bilər.

Fransada bildirilmişdi ki, İngilis millət vəkillərinin Brexit razılaşmasınıdan yenidən imtina etməsi, “razılaşma bağlamadan AB-dən çıxması riskini əhəmiyyətli dərəcədə artırır”.

“İngiltərə önümüzdəki günlərdə alternativ bir plan təqdim etməlidir. Əgər bu baş verməsə, Böyük Britaniyanın Avropa İttifaqından müqaviləsiz çıxacağını görəcəyik”, – deyə Fransanın prezidenti Emmanuel Makron bildirib.

Fransaya görə, Brexit-in müddətinin uzadılması ideyası yalnız alternativ planın etibarlı olduğu və Britaniya parlamentində əksəriyyət tərəfindən dəstəkləndiyi halda qəbul edilə bilər.

“Biz gələcəyə baxmalıyıq, Avropanın layihəsini qurban verməli deyilik”, – deyə Yelisey sarayında qeyd ediblər.

 

Son xəbərlər
Digər xəbərlər