10 C
Baku
Thursday, December 12, 2024

Makron yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlaya biləcəyini deyib

“Yaxın vaxtlarda Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlayacağını gözləyirəm”.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun fikrincə, danışıqlar Çinin vasitəçiliyi ilə keçirilə bilər: “Noyabrın 15-16-da Balidə keçirilən G20 sammitindən sonra dünya liderləri danışıqlarda Çin lideri Si Cinpinin rolunu başa düşüblər”.

Xatırladaq ki, Emmanuel Makron G20 sammiti çərçivəsində Çin lideri Si Cinpinlə Ukraynadakı müharibəni müzakirə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər