22 C
Baku
Tuesday, April 23, 2024

Maldiv adalarında ölkədən getmə vergisi tətbiq ediləcək

2022-ci ildə ən populyar çimərlik yerlərindən biri daha da baha olacaq. Maldiv Respublikası hökuməti səyahət edənlər üçün mövcud olan hava limanı vergisini ölkədən getmə vergisi ilə əvəz edəcək.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Beləliklə, 1 yanvar 2022-ci il tarixindən ekonom ilə uçan əcnəbilər əlavə 30 dollar ödəniş etməli olacaqlar. Hal-hazırda getmə vergisinin həcmi 15 dollardır. Bizneslə səyahət edən turistlər üçün qiymət aralığı fərqlidir – 60 və 90 dollar. Ən yüksək vergi özəl təyyarə ilə qayıdanlar üçündür – onlardan 130 dollar tutulacaq.

Qeyd edildiyi kimi, vergi əvvəlcədən ödəniləcək, yəni aviabiletin qiymətinə daxil ediləcək. Diplomatik toxunulmazlığı olan sərnişinlər və iki yaşınadək uşaqlar vergiyə cəlb edilməyəcək.

Ölkəni tərk edən sərnişinlər getmə vergisindən əlavə “hava limanının inkişafı üçün” daha 25 dollar ödəməli olacaqlar. Respublikanın turizm naziri Abdulla Mausum bu cür təcrübənin digər ölkələrdə də mövcud olduğunu və gələcəkdə turistləri ölkəni ziyarət etməkdən imtina etməsinə məcbur edəcəyini qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər