6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə direktoru

Maliyyə direktoru – müəssisənin maliyyə xidmətinin rəhbəridir. O şirkətdəki bütün maliyyə axınından xəbərdardır və onları maksimum fayda ilə paylamağı bacarır. Verilmiş istənilən qərarın nəticələrini təxmin edə və rədd qərarı verə bilər: məsələn, şirkətin yeni filialını açmağa dəyərmi, daha çox qazanc əldə etmək üçün nəyə pul yatırmaq olar.

Peşənin xüsusiyyətləri:

Müsbət cəhəti: yüksək əmək haqqı

Mənfi cəhəti:

Maliyyə direktoru vəzifəsi əsəbləri dəmirdən olan insanlar üçündür. Şirkətin bazardakı vəziyyəti bir çox hallarda maliyyə direktorunun fəaliyyətindən asılıdır. Eyni anda qiymətli kağızlar ilə işləmək, büdcəni təşkil etmək və pul axınını qiymətləndirməlidir. Maliyyə direktoru bazardakı vəziyyəti, rəqiblərin fəaliyyətlərini, fərdi şirkətin vəziyyətini öyrənir, qərarlar verir, maliyyə siyasətini təyin edir və effektiv biznes-plan yaradır.

İş yeri:

Sənaye müəssisələri və ticarət şirkətləri, banklar, investisiya və sığorta şirkətləri, dövlət və kommersiya təşkilatları.

Şəxsi keyfiyyətlər:

  • İri həcmli informasiyanı təhlil etmək qabiliyyəti;
  • Yaxşı yaddaş;
  • Yüksək konsentrasiyalı diqqət;
  • Səbr;
  • Ünsiyyətcillik.
Son xəbərlər
Digər xəbərlər