9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə karyerası qurmaq üçün ən gözəl şəhərlər

Maliyyə sahəsində yaxşı işçilərə həmişə ehtiyac var. Bu işçilər demək olar ki, hər yerdə özlərini yaxşı təsdiq edə və yararlı tətbiq sahəsi tapa bilərlər. Amma ki, vakansiyaların sayı və əməkhaqqının səviyyəsi məkandan asılı olaraq, kəskin şəkildə fərqlənir.

Gəlin xırdalıqlara getməyək, sizin qarşınızda 10 meqapolis siyahısı vardır ki, burda maliyyə işçisi özünütəsdiq üçün maksimum imkanlar əldə edə bilər.

 

1. Boston, Massachusetts, ABŞ

11

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 125 (Mercer versiyasına əsasən)
  • Dil- ingilis dili

* Mercer –beynəlxalq konsaltinq kompaniyası. Şəhərin qarşısındakı rəqəm onun yaşayış üçün ən bahalı şəhərlər reytinqində tutduğu yeri əks etdirir (məlumatlar 2012-ci ilə aiddir).

Bostonda aktivlərin idarə edilməsi üzrə biznes inkişaf edir, bu şəhər Fidelity Investments və Putnam Investments kimi maliyyə nəhənglərinin evi hesab olunur. Hər yerdə olduğu kimi Bostonda da işədüzəlmə ilə bağlı problemlər olur, amma bu çətinliklər əsasən böhran dövrlərinə təsadüf edir.

Amma ki, aktivlərin idarə edilməsi ilə bağlı əmək bazarı demək olar ki, həmişə özünü yaxşı hiss edir. Onun stabilliyi bank işi və ticarətlə müqayisədə daha yüksəkdir. Hətta resessiya dövründə belə Boston bazarının perspektivli maliyyə işçisinə verə biləcəyi vədləri vardır.

Əgər ciddi şəkildə Bostonda işləməyə qərar versəniz – hansı komandaya azarkeşlik edəcəyinizi seçin, axı yerli sakinlər idmana kifayət qədər çılğın yanaşırlar. Boston həmçinin öz zəngin keçmişi ilə insanları cəlb edir. Bundan əlavə burda dağları və çimərlikləri sevənlərin də ürəyincə olacaq. Çünki bütün bunlar elə də uzaqda deyil.

2.Çikaqo, İllinoys, ABŞ

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 110 (Mercer versiyasına əsasən)
  • Dil – ingilis

Çikaqoda böyük bankların və broker firmalarının sayı yetərincədir. Burada Chicago Board of Trade və Chicago Mercantile Exchange əmtəə bazarları fəaliyyət göstərir, bu isə fyuçers və derivativlərin nə olduğunu yaxşı bilənlər qarşısında geniş imkanlar açır.

Çikaqoya gəlməyin səbəbi sadəcə işgüzar niyyətlərlə kifayətlənmir, burada gecə vaxtı da həyat dayanmaq bilmir, hər bir tində isə gözəl musiqi dinləmək imkanı vardır. Amma qışın çox sərt keçəcəyini də nəzərə alın.

3. Dubay, BƏƏ

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 94 (Mercer versiyasına əsasən)
  • Dil – ərəb, ingilis

Dubay planetin ən sürətlə böyüyən şəhərlərindən biridir. Meqapolis həm də Yaxın və Orta Şərqin maliyyə paytaxtı adına iddia edir. Burada öz bölmələrini açmağa tələsən bütün beynəlxalq maliyyə təsisatlarının adını sıralamaq həddindən artıq yorucu olardı. Məhz bu səbəbdən maliyyə işçiləri üçün Dubayda karyera imkanları və perspektivləri olduqca böyükdür. Digər vacib məqam, burada əcnəbi mütəxəssislərlə işləməyə həmişə şaddırlar. Hətta ərəb dilini bilməyənlərlə də. Mükəmməl ingilis dili sizə kifayət edəcək.

Amma ki, məsələni nisbətən qəliz edən bir balaca məqam var. Ərəb mədəniyyətinin xüsusiyyətlərini nəzərə alsaq, gərgin işdən sonra içərək əylənməyi sevənlər özlərinə başqa bir yer axtarsa daha yaxşıdır.

4. Frankfurt, Almaniya

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 88 (Mercer versiyasına əsasən)
  • Dil – alman

Frankfurtu bəzən kontinental Avropanın maliyyə paytaxtı adlandırırlar, amma əksəriyyət bu fikrin bir mənalığını mübahisə etməyə hazırdır. İstənilən halda şəhərdə maliyyə sahəsinin əməkdaşları üçün kifayət qədər maraqlı vakansiyalar tapmaq mümkündür. Təkcə Deutsche Bankı yağlı tikə adlandırmaq olar. Bununla yanaşı axı Frankfurtda Avropanın nəhəng bank və kompaniyalarının yüzlərlə filialları yerləşir. Frankfurtda nə iş, nə də ki istirahət baxımından darıxmalı olmayacaqsınız.

5. Honkonq, Çin

ghdfhdhs

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 9 (Mercer versiyasına əsasən)
  • Dil – kanton, çin, ingilis.

Honkonqu bəzən Çinin başlıca maliyyə darvazaları adlandırırlar. Şiddətlə inkişaf edən yerli bazar brokerlər, ticarət, aktivlərin idarə edilməsi və bank işi sahəsində mütəxəssislərin yolunu gözləyir. Təkcə ingilis və rus dillərini bilməklə də iş tapmaq mümkündür, amma bununla yanaşı çin dilini bilsəniz uğur şanlarınız nəzərə çarpacaq qədər yüksələcəkdir.

Honkonq bahalı və insanlarla dolu şəhərdir, amma eyni zamanda parlaq və geniş imkanlar vəd edəndir. Bu şəhər şoppinq sevənlər üçün də ideal məkandır.

Boş vaxtlarda isə daxili reyslərə verilən təyyarə biletləri sayəsində rahatca Çin boyu səyahət etmək olar.

6. London, İngiltərə

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 25 (Mercer versiyasına əsasən)
  • Dil – ingilis

Nyu-Yorku dünyanın maliyyə mərkəzi olduğunu qəbul etməyənlər, bu möhtəşəm rolun Londona məxsus olduğunu söyləyirlər. Demək olar ki, bütün beynəlxalq banklar, broker firmaları və bu kimi maliyyə mərkəzləri artıq çoxdan öz filiallarını burada açmışlar. Heç yerdə valyuta dilinqi Londonda olduğu qədər güclü deyil (bu heç də boş sözlər deyil, real statistik göstəricilər ilə təsdiq olunur, çünki şəhərin başlıca izləyicilərinin bazar payı dəfələrlə azdır). Lakin kredit böhranı digər yerlərdə olduğu kimi burada da əmək bazarına da təsirsiz ötüşməyib.

İstirahət və əyləncələrə gəldikdə isə Londonu xüsusi təqdim etməyə ehtiyac qalmır: burada həm klassik teatrlar, həm qaynar gecə həyatı, həm ənənəvi pablar var, həm də qlobal idman mərasimləri və yarışlar. Bir sözlə hər şey. Bircə hava bir az tutqundur. Elə ona görə də bura Londondur, burada yağış mədəni irsin bir elementi hesab olunur.

7. Nyu-York, ABŞ

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 33 (Mercer versiyasına əsasən)
  • Dil – ingilis dili.

Nyu-York dünyanın maliyyə paytaxtı şöhrətinə malikdir. Goldman Sachs, Morgan Stanley və Merrill Lynch kimi nəhəng investisiya bankları öz mərkəzi qərargahlarını məhz burada qurublar. Bundan əlavə Citigroup, JP Morgan və digər bankları da qeyd etmək olar. Demək olar ki, maliyyə dünyası ilə bağlı istənilən peşəyə burada tələb var. Axı Uoll-Strit də burada yerləşir.
Bundan əlavə Nyu-York heç zaman yuxu yatmır, burada darıxmaq mümkün deyil, darıxdırıcı -bu söz şəhərə yaddır.

8. San-Fransisko, Kaliforniya, ABŞ

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 90 (Mercer versiyasına əsasən)
  • Dil – ingilis

San-Fransisko Birləşmiş Ştatların qərbi hissəsinin əsas maliyyə mərkəzdir. Burada bank və broker şirkətlərin sayı uğurlu karyera qurmaq və maliyyə sahəsində iş tapmaq üçün yetərincədir. Şəhərdə Charles Schwab, Franklin Templeton Investments və sözü gedən sahənin digər böyük oyunçularının mərkəzi binaları, baş ofisləri yerləşir. Eyni zamanda şəhəri Silikon vadinin darvazaları da adlandırırlar, çünki texnoloji sektor bura öz qədəmlərini çox möhkəmcə basıb. San-Fransiskonun körfəz hissəsi isə iqtisadiyyatın vençur kapitalı sahəsi üzrə dünya mərkəzi hesab olunur.

9. Tokio, Yaponiya

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 1 (Mercer versiyasına əsasən)
  • Dil – yapon

Tokio Yaponiyanın nəhəng maliyyə təsisatlarının və beynəlxalq korporasiyaların baş qərargahlarının yerləşdiyi əsas şəhərlərdən biridir. Tokio dünyanın maliyyə paytaxtı adı uğrunda Nyu-Yorkla mübarizəyə qoşulsa da qələbə amerikan şəhərinin tərəfində oldu. Yaponiyanın maliyyə bazarı isə sanki hansısa bir məqamda uğursuz bir eniş etdi. Amma buna rəğmən son zamanlarda meqapolis yenidən yuxarıya doğru dirçəlməyə davam edir. Ona görə də vakansiyaların mövcudluğu məsələsi aktualdır.

Nəzərə alınacaq bir nüans var: əgər yapon dilini bilmirsinizsə, onda yaxşı iş tapmaq çətindir.

10. Sürix, İsveçrə

3

  • Əcnəbilərin yaşaması üçün dünyanın ən bahalı şəhərləri reytinqindəki yeri 6 (Mercer versiyasına əsasən)
  • Dil – alman, fransız, ingilis

Sürix – maliyyə sahəsində geni vakansiya arsenalına malik İsveçrə bank sisteminin mərkəzidir. Düzdür, burada rəqabət heç olmadığı qədər yüksəkdir: Axı kim istəməz ki, UBS və ya CreditSuisse kimi bankların əsas ofisində çalışsın.

Sürixin ən güclü tərəfləri aktivlərin idarə edilməsi və zəngin müştərilərə fərdi bank xidmətinin göstərilməsidir. Təbii ki, əcnəbilər üçün Sürixdə iş tapmaq asan deyil, xüsusən də əgər yuxarıda adları çəkilən hər üç dili bilmirsinizsə, sizin rezumeniz heç zaman güclü təsir bağışlamayacaq.

Düzdür, burada mübarizə aparmağa dəyər: Axı İsveçrə həmişə həyat keyfiyyətinin səviyyəsi ilə bağlı bütün reytinqlərdə liderlik edir. Təmiz hava, gözəl təbiət, aşağı cinayətkarlıq səviyyəsi, yüksək gəlir. Sürix çox gözəldir.

Qeyd edək ki, adlarını çəkdiyimiz 10 şəhərdən hər birində həyat səviyyəsi yüksəkdir və onların reytinqdəki mövqeyi bu nüansa təsir göstərmir.

Son xəbərlər
Digər xəbərlər