6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə naziri dövlət müəssisələrinin özəlləşdirilməsi təklifinə münasibət bildirib

“İqtisadiyyat Nazirliyində özəlləşdirmə ilə bağlı işlər getməkdədir ”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, burada balansın qorunması əsas şərtdir: “Son iki il ərzində həmin dövlət müəssisələrində olan bəzi işçilərin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması nəticəsində büdcənin yükü bir qədər azaldılıb. İnvestisiya Fondunun yaradılması nəticəsində dövlət müəssisələrində şəffaflıq daha da artırılacaq. Bu da dövlət büdcəsinə daha böyük məbləğlərdə dividentlərin yaradılmasına imkan yaradacaq”.

Qeyd edək ki, müzakirələr zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib.

Son xəbərlər
Digər xəbərlər