16 C
Baku
Thursday, May 2, 2024

Maliyyə Nazirliyi əməkhaqqı və pensiyaların artımı ilə bağlı açıqlama verdi

“Gələn il əməkhaqqı, pensiya və müavinətlərin artırılacağı ilə bağlı bəzi kütləvi informasiya vasitələrində maliyyə naziri Samir Şərifova istinadən xəbərlər dərc olunur, ayrı-ayrı iqtisadçıların müxtəlif mülahizələrinə və şərhlərinə yer verilir”.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, indiyə qədər qurum tərəfindən əməkhaqqı, pensiya və digər bu kimi ödənişlərin artırılacağı ilə bağlı heç vaxt (son 10 ildə) əvvəlcədən hər hansı anons və ya məlumat verilməyib:

“Sentyabrın 22-də maliyyə naziri Samir Şərifov jurnalistlərin müvafiq suallarını cavablandırarkən hər hansı anons verməmişdir. Sadəcə olaraq nazir qeyd etmişdir ki, 2016-cı ildə əməkhaqqı və müavinətlərin 10 faiz səviyyəsində artımı həyata keçirilmişdir və bununla əlaqədar cari ilin büdcəsində lazımi maliyyə təminatı yaradılmışdır. Eləcə də, 2017-ci ilin dövlət büdcəsində qeyd olunan artımlarla əlaqədar müvafiq maliyyə təminatının nəzərdə tutulacağını demişdir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər