22 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Banker.az-a Maliyyə Nazirliyindən bildirilir ki, eyni gündə iki növdə istiqrazın ümissiya edilməsi planlaşdırılır.
Bu istiqrazların ümumi dəyəri bir il üçün 100 milyon manat (diskountlu) və iki illik isə 30 milyon manat (4.5%) təşkil edəcək.
Beləliklə, bir günə 130 milyon manat ölkədaxili borclanmaya gedir.
1 illik:
SİN kodunun verilmə tarixi | 2022-ci il 16 noyabr |
Qiymətli kağızın İSİN kodu | AZ0104001976 |
İstiqrazın növü | diskontlu, qısamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın nominal dəyəri | 100,00 (bir yüz) manat |
Qiymətli kağızın miqdarı | 1.000.000 (bir milyon) ədəd |
Məcmu nominal dəyəri | 100.000.000,0 (yüz milyon) manat |
Kupon dərəcəsi | – |
Tədavül müddəti | 364 gün |
Kupon ödənişləri | – |
Əsas məbləğin ödəniş tarixi | 2023-cü il 21 noyabr |
2 illik:
İSİN kodunun verilmə tarixi | 2022-ci il 26 oktyabr |
Qiymətli kağızın İSİN kodu | AZ0105032947 |
İstiqrazın növü | kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın nominal dəyəri | 100,00 (bir yüz) manat |
Qiymətli kağızın miqdarı | 300.000 (üç yüz min) ədəd |
Məcmu nominal dəyəri | 30.000.000,0 (otuz milyon) manat |
Kupon dərəcəsi | 4.5% |
Tədavül müddəti | 728 gün |
Kupon ödənişləri | 2023-cü il 23 may, 2023-cü il 21 noyabr, 2024-cü il 21 may, 2024-cü il 19 noyabr |
Əsas məbləğin ödəniş tarixi | 2024-cü il 19 noyabr |
Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.