Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105008558 ISIN-li, 5 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
BFB-yə istinadən, hərraca 10 investor ümumi dəyəri 17 527 400 manat olan 18 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.
Sifarişlərin qiymət 100,842 manat (14,5%) – 112,7105 manat (7,997%) intervalında dəyişib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 108,91 manat (9,9759%), orta ölçülmüş qiyməti isə 110,3882 manat (9,1954%) müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 24 sentyabr 2019-cu ildir. Hərrrac iştirakçıları ən gci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.