2 C
Baku
Saturday, December 14, 2024

Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib

Xəbər verildiyi kimi, Nazirlər Kabineti Azərbaycandan milli valyutanın çıxarılması və gətirilməsi zamanı bəyan edilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib. Yeni qaydalara görə, ölkədən 20 min manata qədər valyuta çıxarılarkən şifahi bəyan etmək, 20 min manatdan artıq valyuta çıxarılanda isə yazılı bəyan etmək tələb olunacaq.

Rezidentlər və qeyri-rezidentlər tərəfindən  milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və  Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 434 nömrəliqərarı ilə təsdiq edilmişdir.

Rezidentlər və qeyri-rezidentlər tərəfindən  milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və  Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

 

QAYDASI

1. Ümumi müddəalar

1.   Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi qaydalarını müəyyən edir.

1.   Bu Qaydalarda istifadə olunan “milli valyuta”, “milli valyutada qiymətli kağızlar”, “rezident” və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı isə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

2.   Milli valyutanın nağd şəkildə və  milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

2.1. Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.4. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər