12 C
Baku
Tuesday, May 7, 2024

“Mançester Yunayted”in səhmləri rekord 21% düşüb – Klubun dəyəri $700 mln. azalıb

İngiltərənin “Mançester Yunayted” klubunun səhmləri rekord 21% düşüb, buna səbəb klubun sahibi olan Qleyzer ailəsinin komandanı satmayacağını açıqlaması olub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqa komandasının qiymətli kağızları 21%-ə qədər ucuzlaşıb – bu, son 11 ildə maksimum göstəricidir. Beləliklə, klubun bazar dəyəri təxminən 700 milyon dollar (650 848 milyon avro) azalıb.

Xatırladaq ki, “Mançester Yunayted”in bazar dəyəri 3.9 milyard dollara (3.6 milyard avro) bərabərdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər