2 C
Baku
Saturday, December 14, 2024

Mark Zukerberq “Meta”nın 185 mln. dollarlıq səhmlərini satıb

2023-cü ilin noyabrında “Meta”nın həmtəsisçisi Mark Zukerberq kotirovkaların artması fonunda şirkətin səhmlərini satıb. “Bloomberg” agentliyinin məlumatına görə, bu təxminən 185 milyon dollar dəyərində 682 min səhm olub.

Dekabrın 1-də dərc edilən məlumatlara görə, Zukerberq səhmlərini hissə-hissə – noyabr ayı ərzində “hər gün” satıb. “MarketWatch” o vaxt bildirmişdi ki, sövdələşmədə təxminən 192 milyon dollar dəyərində 588 min səhm iştirak edib.

“Bloomberg”in qeyd etdiyi kimi,”Meta” səhmlərinin qiyməti 2023-cü ilin əvvəlindən noyabrın sonuna kimi 172% artıb: “Nasdaq”a görə, məsələn, yanvarın 3-də onlar bir səhm üçün 124.74 dollara, noyabrın 22-də isə 341.49 dollara satılıb.

2023-cü il dekabrın əvvəlində Zukerberq şirkətin təxminən 13%-nə sahibdir. Bu aktivlər onun demək olar ki, bütün sərvətini təşkil edir və 117.7 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər