1 C
Baku
Saturday, December 14, 2024

Mark Zukerberq vaxtının çox hissəsini süni intellektə sərf edir – “Meta”

Meta-nın baş direktoru Mark Zukerberq və texniki direktor Endryu Bosvort vaxtlarının çoxunu şirkətin yeni süni intellekt qolu üzərində işləməyə sərf edirlər. Bu texnologiyalar metakainat üçün istifadə edilə bilər.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Meta”nın texniki direktor Endryu Bosvort hesab edir ki, 2023-cü ildə şirkət “Meta”nın reklam biznesinə mənfəəti artırmağa kömək etmək üçün süni intellektlə işləyən bir neçə kommersiya tətbiqi təqdim edəcək.

2022-ci ilin aprelində “Meta” işçiləri Zukerberqin metakainat ideyasına aludə olduğunu, lakin onun layihə üçün tutarlı strategiyası olmadığını aşkar ediblər. Elə həmin il “Meta”, “Reality Labs-in 2023-cü ildə əməliyyat itkilərinin keçən ildən əhəmiyyətli dərəcədə artacağını” gözlədiyini bildirmişdi.

Zukerberq hesab edir ki, gələcəkdə rəqəmsal iqtisadiyyatın artımını təmin etmək məqsədilə metakainata daxil olmaq üçün avadanlıq mümkün qədər ucuz olmalıdır.

Son xəbərlər
Digər xəbərlər