Marketinqdə karyera məzəli və zövq vericidir. Marketinq sahəsində işləyən əksər insanlar deyir ki, bu onları həmişə arzusunda olduqları bir çağırışla təchiz edir. Əsas səbəbi odur ki, marketinq həmişə dəyişir, orda həmişə öyrənməyə yeni texnikalar, araşdırılası hallar və tədqiq ediləsi strategiyalar var. Siz onun tələblərinə uyğunsunuzmu?
• Siz öz ideyalarınız, fikirləriniz və informasiyanı aydın şəkildə həm yazılı, həm də şifahi formada çatdıra bilirsinizmi?
• Siz problemləri tanımaq və onları həll etmək üçün fəaliyyət planı tərtib etməyi bacarırsınız?
• Siz çətin məlumatları təşkil və interpretasiya edə bilərsiniz?
• Siz yeni ideyalar verməkdə nə qədər məharətlisiniz? Sonra bu ideyaları götürüb, üzərində işləyərək digərlərinə də şifahi şəkildə izah edə bilərsiniz?
Əgər yuxarıda sadalanan keyfiyyətlər sizdə varsa, siz marketinq karyerasına başlamaq üçün çox yaxşı bir namizəd ola bilərsiniz. Marketinq müxtəlif karyera imkanları təklif edir ki, beləliklə siz öz maraqlarınızı əks etdirən, şəxsi tərz və dəyərlərinizə uyğun bir sahə seçə bilərsiniz. Bir marketinq mütəxəssisi kimi siz ilkin təcrübəyə seçilmiş peşənizə uyğun internshiplərdə iştirak etmək və ya xidmət sahələrinin öyrənilməsi və sosial proyektlərə könüllü kimi qoşulmaqla yiyələnə bilərsiniz.
Bu potensial təcrübələrə nümunə ola bilər:
• 500 şirkətin olduğu bazar konyunkturasının araşdırmaq;
• Satış məntəqələrində məhsulun təqdimatını genişləndirməklə onun bazarda irəlilədilməsi;
• Xidmət proqramları üçün bazar şəraitinin araşdırılması, potensial dəyər və qiymətin öyrənilməsinə vaxt sərf etmək;
• Əldə edilməsi mümkün olan məlumata istinad etməklə istehlakçının əsas potensialını necə araşdırmağın mümkünlüyünü öyrənmək;
• Yeni xidmətləri təşviq etmək üçün reklam və təbliğat kompaniyaları hazırlamaq;
Əgər sizin marketinq üzrə təhsiliniz yoxdursa?
Narahat olmayın, hesab edirəm ki sağda təqdim olunan cədvəldəki məlumatları sizə nəinki maraqlı görünəcək, həm də sizi cəsarətləndirəcək.
Bu cədvəl marketinq karyerasına başlayan yeni məzunların təhsilləri üzrə ixtisaslarını və faiz dərəcələrini göstərir. Beləliklə, mən sizə qapıdan necə içəri daxil olmaq yollarının ümidini verdim. Bu, sizdən böyük qətiyyət və əzmkarlıq tələb edəcək, lakin siz öhdəsindən gələ bilərsiniz. Məlum olacaq ki, marketinqdə başlanğıc üçün sizə keçid bir vəzifə -bazar tədqiqatçısının köməkçisi, poliqrafiya xidmətlərinin alıcısı, ümumi idarəetmə üzrə stajor və s həvalə oluna bilər, eyni zamanda siz proqrama diplomlu stajor kimi daxil ola bilərsiniz.
Azərbaycanda müxtəlif treninqlər , kurslar marketinqin əsaslarına və həmçinində xüsusi bölmələrinə aid məşğələlər keçirir. Zaman keçdikcə bu tip məşğələlərdə iştirak etmək sizə böyük üstünlük verə bilər. Bu tip treninqlərin əsas üstünlüklərindən biri onlar dəyişən biznes şəraitinə və daim təkminləşən marketinq istiqamətinə daxil olan yeni texnika və metodologiyaları dərsliklərdən əvvəl dinləyicilərinə çatdıra bilirlər. Çox məsləhət bilərdik bir semestrlik Azərbaycanda fəaliyyət göstərən MBA kurslarından birini dinləyici qismində keçəsiniz. Bunlara misal olaraq Xəzər universitetinin, Qafqaz universitetinin və Qərb universitetinin MBA proqramlarını göstərmək olar. Siz müəyyən məbləğ ( misal üçün 300 AZN) ödəməklə 1 dərsi dinləyici kimi götürə bilərsiniz. Qeyd edək ki dərslər mühazirələr xarici kitablardan keçilir və dərslər ingilis dilində aparılır.