10 C
Baku
Friday, December 13, 2024

“Marks & Spencer” Rusiya bazarından çıxır

Fashion-riteyler “Marks & Spencer” Rusiya bazarından həmişəlik getdiyini açıqlayıb. Şirkət Rusiyada 31 milyon funt sterlinq (38.9 milyon dollar) itirdiyini qeyd edib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Biz Rusiyaya çatdırılmanı 3 mart 2022-ci il tarixində dayandırdıq. Sonradan Rusiya françayzinqimizdən tamamilə imtina etmək qərarına gəldik və təxmini xərclərimiz 31 milyon funt sterlinq təşkil edir ki, bu da Rusiyadan çıxmaq və Ukraynada biznesi dayandırmaq üçün bizim tam xərclərimizi əks etdirir”, – mesajda bildirilir.

Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra qərb şirkətləri, o cümlədən geyim satıcıları Rusiyadakı işlərini dayandırıb və ya ölkəni tərk ediblər. “Inditex” (“Zara”, “Bershka”, “Massimo Dutti”, “Pull&Bear”), “H&M”, “LPP” (“Reserved”, “Sensay”, “Cropp”) mağazaları və digərləri öz işini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər