15 C
Baku
Friday, April 26, 2024

Marsa əlvida – Qırmızı planetə göndəriləcək könüllülər qrupu iflasa uğradı

Bazelin İsveçrə məhkəməsi, Mars One Ventures kompaniyasının iflasa uğramasını qəbul edib. Xatırladaq ki, bu kompaniya 2011-ci ildə Marsa göndəriləcək könüllülər qrupunu yığmağa başlamışdır. Könüllülərin Yer kürəsinə geri qayıtması nəzərdə tutulmurdu. Banker.az xəbər verir ki, bu haqda Engadget xəbər verir.

Layihənin yaradıcısı olan  Bass Landdorp, layihəni xilas etmək niyyətində olduğunu bildirib.

Əvvəllər də qeyd edildiyi kimi, Landdorp, kosmik gəmi tikmək və 2022-ci ildə birinci könüllülər qrupunu göndərmək niyyətində olub. Daha sonra start 2024-cü və 2026-cı illərə təxirə salınmışdır.

Bütün bunlara baxmayaraq, kompaniya könüllülər qrupunu toplamaqda müvəffəq olmuşdu. Onlar qeyd edirlər ki, yüz minlərlə sorğu qəbul ediblər. Bir neçə turdan sonra, 100 nəfərlik könüllülər qrupu yaradılmışdır. Könüllülərin verdiyi məlumata görə, növbəti tura keçmək hüququnu qazanmaq üçün müəyyən məbləğdə xərc çəkməli olublar.

Eyni zamanda, bu layihə, elmi nöqtəyə nəzərən dəfələrlə tənqidə məruz qalıb. Materialların müəllifləri qeyd edirlər ki, kompaniya layihəni realizə etmək üçün lazımi maliyyə vəsaitinə malik deyil.  

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər