17 C
Baku
Saturday, May 4, 2024

Masallıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub

Masallıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Ərkivan qəsəbəsinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər