9 C
Baku
Thursday, December 12, 2024

“Masdar Azərbaycan Enerji” gömrük xətasına görə cərimələnir

Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Masdar Azərbaycan Enerji” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Solmaz Mustafayevadır.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər