16 C
Baku
Thursday, April 25, 2024

Mask  «olduqca səmərəsiz» iş stilini dəyişdirməyi rədd etdi

İlon Mask, onun iş stilini «həddindən artıq köhnəlmiş»«olduqca səmərəsiz» adlandıran Uberin top-menecerinə  cavab verib. Sahibkar, Tesla’nın ABŞ-da iflas etməyən ikinci avtomobil şirkəti olduğunu xatırladıb.

Teslanın icraçı direktoru İlon Mask şirkətin iş stilinin dəyişməsinin mümkün olduğunu düşünmür. O, Uber Texnologiya İdarə Heyətinin üzvü Arianna Huffington, işə yanaşmanı dəyişdirmək üçün Maska yazdığı məktuba cavabında bu barədə bildirib.

Huffington Maska, açıq məktub yazaraq onu « insan enerjisini vəhşicəsinə köhnəlmiş, qeyri-elmi və səmərəsiz isitifadə etməklə» günahlandırıb. O,məktubun linkini Twitter hesabında yerləşdirərək Teslanın qurucusuna iş stil dəyişdirmək lazımdır qeydi ilə paylaşıb.

Mask 19 Avqust Bazar günü Huffington’a tweet ilə cavab verib. «Ford və Tesla iflasdan xilas olan yeganə iki Amerikan avtomobil şirkətidir. Mən indicə fabrikdən evə gəldim. Siz hesab edirsiz ki, [işə yanaşmanın dəyişdirilməsi] mümkün bir seçimdir. Bu belə deyil», deyə yazıb.

Huffington’u məktub yazmağa təşəbbüs edən Maskın New York Times-a müsahibəsi olub.Mask müsahibəsində keçən ilin onun karyerası boyunca «ən çətin və ağrılı»olduğunu söyləyib. O, 28 iyun ad gününü şirkətdə qeyd etdiyini, bundan sonra qardaşının toyuna gücnən çatdığını , və ümumiyyətlə  bir il içində çox vaxt üç-dörd gün ərzində işini tərk etmədiyi bir vəziyyət yaşandığını danışıb. «Bütün bunlar uşaqlarımla və dostlarımla keçirə biləcəyim vaxtlarda olub»– milyarder bildirib.

Maskın müsahibəsindən sonra Tesla səhmləri 8,9% azalıb. Bloomberq yazıb ki, Maskın bu cür bəyanatlarından sonra  şirkətin idarə heyəti Tesla’daki əsas şəxsin yerinə digər namizəd üçün baxmalıdır. İndi idarə heyətinin üzvləri«parlaq şəxs və özlərinə yaxın bir şəxs ilə səhmdarların qarşısında  daha çox məsuliyyət göstərən birisi arasında seçim edirlər» -agentliy yazır.

Açıq müsahibə- Maskın, qalmaqal yaradan yeganə hərəkəti deyil. Avqustun 7-də Twitterdə Tesla-nın birjadan alışı üçün «maliyyələşmənin təmin olunduğunu» yazıb. Daha sonra, Səudiyyə investisiya fondunun nümayəndələri ilə görüşün ona belə bir bəyanat verməsinə imkan yaratdığını açıqlayıb. Nəticədə, ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyası Maskın tweety səbəbindən şirkətə xəbərdarlıq bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər