13 C
Baku
Tuesday, May 21, 2024

Mask Ukraynada “Starlink”i maliyyələşdirməyə davam edəcəyinə söz verib

İlon Mask itkilərə baxmayaraq, Ukraynada “Starlink” peyk internet sistemini maliyyələşdirməyə davam edəcəyinə söz verib.

“Cəhənnəm olsun.. Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlarla pul alır, biz Ukrayna hökumətini maliyyələşdirməyə davam edəcəyik”, – deyə sahibkar söyləyib.

Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

Maskın Ukraynaya pulsuz çatdırılan və ölkənin Silahlı Qüvvələrinin döyüş nəzarətinin keyfiyyətini kəskin şəkildə artıran 20 min “Starlink” peyk rabitə terminalının işinə görə öz cibindən ödənişi davam etdirməkdən imtina etməsi faktı barədə oktyabrın 14-də “CNN” yazıb.

İş adamı özü “SpaceX”in çəkilən xərclərin kompensasiyasını tələb etmədiyini, lakin eyni zamanda maliyyələşdirməni davam etdirməyə qadir olmadığını deyib. Peyklərin orbitə buraxılması və orada saxlanması xərcləri, o cümlədən telekommunikasiya operatorlarının tarifləri üzrə ödənişlər şirkətə böyük ziyan vurur. Maskın hesablamalarına görə, aylıq xərc təxminən 20 milyon dollar təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər