-1 C
Baku
Saturday, December 14, 2024

Maskın “Starlink” şəbəkəsi bu ölkələrdə işləməyəcək

“Starlink” peyk şəbəkəsinə qoşulma Rusiya, Əfqanıstan, Belarus, Venesuela, İran, Kuba, Çin, Şimali Koreya və Suriya sakinləri üçün əlçatmaz olacaq. Bu barədə məlumat şirkətin saytında dərc olunub.

Qeyd edək ki, Rusiya həmçinin “gözləmə siyahısı”nda da yoxdur. Hindistan, Qazaxıstan, Türkiyə, Səudiyyə Ərəbistanı və Afrika ölkələrinin daxil olduğu “tezliklə olacaq” siyahısına da Rusiya daxil edilməyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

 “Starlink”- internetin etibarsız, bahalı və ya tamamilə əlçatmaz olduğu yerlərdə yüksək sürətli genişzolaqlı peyk internetə çıxışı təmin etmək üçün “SpaceX” tərəfindən hazırlanmış qlobal sistemdir.

“SpaceX”in qurucusu İlon Mask “Starlink”in Antarktida da daxil olmaqla, Yer kürəsinin bütün qitələrində mövcud olduğunu açıqlayıb. Artıq 3 mindən çox “Starlink” peyki orbitə çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər