Beynəlxalq ödəniş sistemi həm ölkədaxili, həm də beynəlxalq səviyyədə ani şəkildə pul vəsaitlərini köçürməyə imkan verən bərabərhüquqlu ödəniş xidməti yaratmışdır.
Bərabərhüquqlu ödəniş xidməti ilk olaraq ABŞ-da əlçatan olacaq.
MasterCard Send xidməti ani şəkildə ödənişlər etmək və demək olar ki, istənilən amerikan debet kartı ilə pul köçürməyə imkan verəcək. Xidmət bir ödəniş sisteminin məhsulları ilə məhdudlaşmayacaq.
Yeni sistem vasitəsilə pul köçürülməsi prosesi 30 dəqiqə tələb edəcək. Tranzaksiyanın həyata keçirilməsi müddəti ödənişin məbləğindən asılı olaraq dəyişmir.