21 C
Baku
Saturday, May 4, 2024

“Mastercard” “Binance” kriptobirjası ilə əməkdaşlığı dayandırıb

“Mastercard” və “Visa” ödəniş sistemləri dünyanın ən böyük kriptovalyuta birjası “Binance” ilə əməkdaşlıq edərək kartların buraxılışını dayandırıb. Bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik qeyd edir ki, “Visa” ABŞ-da belə kartların paylanmasını iyul ayında dayandırıb, “Mastercard”ın qərarı isə sentyabrda qüvvəyə minəcək. Bildirildiyi kimi, bu, “Binance”nin ABŞ bazarına daxil olmaq planlarına “kritik zərbə” olacaq və birjanın ənənəvi maliyyə sistemindən təcrid olunmasına təsir göstərəcək. “Binance”nin özünün nümayəndələrinin fikrincə, “Mastercard”ın birja ilə əlaqələri kəsmək qərarı “Latın Amerikası və Yaxın Şərqdən olan müştərilərin 1%-dən azına” təsir edəcək, digər istifadəçilərə isə təsir etməyəcək.

“Visa” 2020-ci ilin sentyabrında “Binance” ilə əməkdşlıqda kartlar buraxmağa başlayıb, ardınca “Mastercard” da daxil olmaqla üç digər ödəniş sistemi ilə oxşar mübadilə layihələri həyata keçirilib. Bu cür kartlar “Binance” müştərilərinə kriptovalyuta hesablarındakı vəsaitləri avtomatik olaraq ənənəvi valyutalara çevirməklə adi ödənişlərini etməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər