6 C
Baku
Monday, December 16, 2024

“Mastercard” kartlardakı maqnit zolaqlardan imtina edəcək

“Mastercard” 2024-cü ildən bank kartları üzərindəki maqnit zolağı ləğv edəcək. Bildirildiyi kimi, “Mastercard” təmassız ödəniş kimi daha təhlükəsiz və rahat alternativlərə keçəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, çipli kartlara keçid Avropada 2024-cü ildə, ABŞ-da isə 2027-ci ildə başlayacaq. 2029-cu ildən etibarən “Mastercard” maqnit zolaqlı kartları buraxmayacaq və 2033-cü ilə qədər onları tamamilə yox edəcək.

Şirkətdən verilən məlumata görə, pandemiya dövründə kart və smartfon vasitəsilə təmassız ödənişlər populyarlıq qazanıb.

2021-ci ilin birinci rübündə “Mastercard” 1 milyard çox əməliyyat həyata keçirdiyini açıqlayıb. 2021-ci ilin ikinci rübündə dünyadakı bütün əməliyyatların 45%-i təmassız olub.

Son xəbərlər
Digər xəbərlər