15 C
Baku
Friday, March 29, 2024

“Mastercard” “Maestro” markasını bağlamağı planlayır

Dünyanın aparıcı ödəmə sistemlərindən biri olan “Mastercard” Belarusdakı nümayəndələri ilə sahib olduğu “Maestro” markasının bağlanmasını müzakirə edir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, şirkət markanı dünya səviyyəsində bağlamaq istəyir.

Danışıqların Belarusda keçirilməsinin səbəbi kimi oradakı kartların həm beynəlxalq, həm də yerli ödəmə sistemini dəstəkləməsi (“co badge cards”) göstərilir.

Sistemin bir anda iki markanı dəstəkləməsi sərfəli deyil. Bununla yanaşı, banklar onlayn alış-veriş etməyə imkanını verməyən “Maestro” kartlarını dəstəkləmək istəmir.

“Mastercard” “heç kimin fərziyyələrini şərh edə bilmədiyini və markanın dəyişikliksiz işlədiyini” açıqlayıb. Xatırladaq ki, “Maestro” kartları dünyanın 180 ölkəsində ödəniş etməyə imkan verir.

O həm də ” “co badge cards” üçün istifadə edilə bilən “American Express”, “Union Pay” və “JCB” ilə müqavilələrə sahibdir.

Son xəbərlər
Digər xəbərlər