9 C
Baku
Friday, December 13, 2024

May ayı ərzində Bakıda sənaye istehsalının həcmi 6.7 mlrd. manat olub

Bakıda bu ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30.4 milyard manat təşkil edib.

Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 85.8%-i mədənçıxarma, 12.1%-i emal, 1.6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 91.2% olub.

Statistika İdarəsindən bildirilir ki, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 95%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2022-ci il vəziyyətinə 349.2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 69.3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23.7 mlrd. manat təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər