6 C
Baku
Monday, December 16, 2024

Maya qoyulan “İcraçı Kredit Agentliyi BOKT” zərər edib

2019-cu il ərzində Azərbaycanda fəaliyyət göstərən “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC aktivlərini 18 faiz böyüdüb.

Banker.az bildirir ki, bu barədə BOKT-un illik hesabatında deyilir.

Təqdim olunan hesabata görə, kredit təşkilatının  1yanvar 2020-ci il tarixinə aktivləri  3 milyon 91,69 min manat təşkil edib. Bunun 842,47 min manatı hökumət fondları ilə hesablaşmaları, 1 milyon 972,11 min manatı isə kredit təşkil etmişdir.

“İcraçı Kredit Agentliyi” 2019-cu il ərzində 141,66 min manatlıq bank və maliyyə institutlarından əlavə vəsait götürüb, digər öhdəlikləri 2,5 dəfə artaraq 507,1 min manata çatıb. Nəticədə BOKT-un cəmi öhdəliklərinin həcmi 292,61 min manatdan 761,06 min manata yüksəlib.

BOKT 2019-cu il üzrə gəlir və xərclərini açıqlamasa da, balans kapitalındakı dəyişiklərdən zərər etdiyi kimi müşahidə edilir. Belə ki, 2019-ci ilin əvvəlində 2 milyon 5,69 min manat olan bölüşdürülməmiş mənfəəti, ilin sonunda 1 milyon 961,32 min manata düşdüyü görünür.

“İcraçı Kredit Agentliyi”nin 272,08 min manatlıq kapitalına (son bir ildə artırılıb) aşağıdakı səhmdarlar sahibdir:

  • 33,85% – Arif Əliyev
  • 13,84% – Siyavuş Verdiyev
  • 13,03% – Mehman Qurbanov
  • 7,75% – Aşıxlı Kredit İttifaqı
  • 6,95% – Şahsevən Kredit İttifaqı
  • 6,93% – Masallı Kredit İttifaqı
  • 3,47% – Vidadi Musayev
  • 2,92% – Samir Cəlilov
  • 2,36% – Səbinə İsrafilova
  • 2,30% – Digər Təsisçilər
  • 1,55% – Tahirə Qurbanova
  • 1,29% – Fatma Abbasova
  • 1,28% – Yeni Daşkənd Kredit İttifaqı
  • 1,26% – İlham İsrafilov
  • 1,03% – Astanlı Kredit İttifaqı
  • 0,21% – Azərbaycan Kredit İttifaqları Assosiasiyası
Son xəbərlər
Digər xəbərlər