16 C
Baku
Friday, May 3, 2024

Mayis Bərxudarova general-leytenant rütbəsi verildi

Mayis Bərxudarova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti imzalayıb.

Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti bununla bağlı 4 noyabr 2022-ci il tarixli sərəncamında deyilir.

“General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilsin”- deyə, sərəncamda deyilir.

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarındanıdır.

Mais Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.

Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. 1993-cü ildə Mais Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.

Baş leytenant Mais Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Polkovnik Mais Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər