6 C
Baku
Sunday, December 15, 2024

Mazda avtomobillərinin idxalçısı ötən il satışdan gəlirini açıqladı

“Rotary Motors” MMC 2022-ci ili 1 milyon 591 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 423 min manat olub ki, bu da illik müqayisədə 4 dəfə çox olub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Rotary Motors” MMC-nin satışdan gəlirləri 19 milyon 482 min manat (əvvəlki ilə nisbətən 2 dəfə çox) olub. “Rotary Motors” avtomobil satışından gəliri 14 milyon 433 min manat, ehtiyat hissələrinin satışından isə 4 milyon 519 min manat olub.

Bu ilin yanvar ayının 1-nə “Rotary Motors” MMC-nin cəmi aktivləri 42% artaraq 8 milyon 902 min manat, cəmi öhdəlikləri 3 dəfə artaraq 552 min manat olub.

Qeyd edək ki, “Rotary Motors” MMC Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısıdır.

m1 m2

Son xəbərlər
Digər xəbərlər