26 C
Baku
Saturday, July 27, 2024

“Mazda Azərbaycan” satış gəlirlərini və mənfətini açıqladı

“Rotary Motors” MMC 2023-cü ili 3 milyon 29 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 2 milyon 152 min manat olub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Rotary Motors” MMC-nin satışdan gəlirləri 25 milyon 132 min manat (əvvəlki ilə nisbətən 29% çox) olub. “Rotary Motors” avtomobil satışından gəliri 28% artaraq 18 milyon 520 min manat təşkil edib.

Bu ilin yanvar ayının 1-nə “Rotary Motors” MMC-nin cəmi aktivləri 1.8 dəfə artaraq 16 milyon 260 min manat olub.

Qeyd edək ki, “Rotary Motors” MMC Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısıdır.

Son xəbərlər
Digər xəbərlər