Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC 2025-ci ili 961 856 manat xalis zərər ilə tamamlayıb.
Banker.az bu barədə şirkətin 2025-ci il üzrə maliyyə vəziyyəti və konsolidə edilmiş mənfəət-zərər hesabatına istinadən xəbər verir.
Ötən il şirkətin hesabat dövründə cəmi satışı 12 milyon 765 min manat olub. Bu gəlirlərin əsas hissəsini 10 milyon 234 min manatla avtomobil satışı, 2 milyon 101 min manatla ehtiyat hissələrinin satışı və 430 247 manatla xidmət satışı formalaşdırıb. Satışın maya dəyəri isə 11 milyon 326 min manat olub və nəticədə 1 milyon 439 min manat ümumi mənfəət yaranıb.
Ümumi mənfəətin zərərə çevrilməsinə əsasən 3 milyon 99 min manat həcmində olan cəmi fəaliyyət xərcləri səbəb olub. Bu xərclər arasında əməkhaqqı (1 milyon 265 min manat), reklam xərcləri (387 min manat) üstünlük təşkil edir.







