15 C
Baku
Friday, April 26, 2024

MBA tələbələri özlərinə vurğundularmı? Bunda müəllimlər günahkardırlar

Tədqiqatlar nəticəsində bəlli olmuşdu ki, biznes məktəblərinin  tələbələri özlərindən daha çox razı olurlar, nəinki digər ixtisasların tələbələri. Bu xüsusiyyət biznes mühitində mənfi bir xüsusiyyət kimi qəbul edilmir. Lakin yenə də “Binez- məktəblərinin tələbələrinin daha az eqoistik olmaları üçün nə etməli?” Sualı aktuallığını qoruyub saxlayır.

Appalachian (Şimali Karolina) dövlət universitetindən olan bir qrup tədqiqatçılar hesab edirlər ki, bu problemin günahkarlarından biri də müəllimlərdir. Tədqiqatın müəlliflərindən birinin, Cim Vestremenin sözlərinə görə: “əgər siz öz tələbələrinizin eqoist olmalarını istımirsinizsə, eqoist müəllimləri işə götürməyin”.

Bu fikrə Vestermen və onun həmkarları “Eqoist şəxsiyyətlərin inventarlaşdırma” adlı tədqiqatın nəticəsində gəlmişdilər. Sorğuda 536-dan çox tələbə və ABŞ-ın cənub- şərqində yerləşən dövlət universitetlərində çalışan 16 müəllim iştirak etmişdilər. Sorğunun nəticələrini tələbələrin attestatlarındakı qiymətləri və müəllimlərin fikirləri ilə müqayisə etmişdilər. Məlum olmuşdur ki,  özündən razı olan tələbələr eqoistik tələbələrdən daha yüksək qiymət almışdırlar.

Tədqiqatçıların sözlərinə görə “eqoistliyə meyilli olan müəllimlər biznes məktəblərin fəaliyyətinə iki qat təsir göstərirlər. Onlar öz müəllimlik statuslarından istifadə edərək daha az eqoist  tələbələrin qiymətlərini aşağı salır. Belə etməklə həmin müəllimlər özündən razı olmağa meyilli olan tələbələrə potensial davranış modelini nümayiş etdirirlər”.

Bu Appalachian universitetindən olan tədqiqatçıların biznes məktəblərdə narsizim probleminin həll etməyə yeganə cəhtləri deyil. Hələ 2010-cu ildə Deli və Vestermenin məalələrində deyilirdi ki, MBA seçimləri zamanı eqoistliyə meyilli olan tələbələri aşkar etmək və onların bu xüsusiyyətdən qurtarmaq üçün xaricdə təhsil almalarını məsləhət görmək lazımdır.

Hal- hazırda Vestermen  bir neçə universitetləri cəlb edərək buna bənzər tədqiqatlar keçirməyə düşünür. Tədqiqat  tələbələrin davranışlarının formalaşmasında müəllimlərin roluna əsaslanır.

Bu günə qədər keçirilən tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, 2000-ci illərin gəncliyi daha çox narsisizmə meyillidirlər, nəinki daha yaşlı nəslin nümayəndələri. Bu gənclər isə artıq mütəxəssislərin sıralarında yer tutublar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər