10 C
Baku
Wednesday, December 11, 2024

“MCB Leasing” 500 min manatlıq istiqraz yerləşdirib

“MCB Leasing” ASC bu il istirqaz emissiyası yolu ilə 500 min manat vəsait cəlb edib.

Bu barədə şirkətin İdarə Heyətinin sədri Rəmal Cəfərov məlumat verib.

Onun sözlərinə görə, qiymətli kağızlar qapalı üsulla yerləşdirilib və onları “Atasığorta” ASC alıb.

“İstiqrazların gəlirliyi bu gün banklara manatla yerləşdirilən əmanətlərin orta illik faiz dərəcəsinə yaxın – 14-16% təşkil edib. Ümid edirik ki, gələcəkdə digər sığorta şirkətləri ilə istiqrazlarımıza investisiya edəcək”, – deyə o, qeyd edib.

Xatırladaq ki, “MCB Leasing” 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 283 675 manatdır. Şirkətin səhmlərinin 99,94%-i Pakistanın “MCB Bank Ltd.” şirkətinə, 0,06%-i isə R.Cəfərova məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər