McDonald’s restoranlar şəbəkəsinin İsveç bölməsi şəxsi geyim və məişət texnikası istehsalına başladı. Yeni məhsul nümunələri isə Stokholmda keçirilən McWalk moda sərgisində nümayiş etdirilmişdir.
Bütün məhsulların üzərində şirkətin ən məşhur burgeri olan Big Mac-ın təsviri əks etdirilmişdir. McDonald’s öz pərəstişkarlarına idman geyimi, plaşlar, rezin çəkmələr və s. kimi məhsullar təqdim edir. Bununla yanaşı, şirkət istehsalı olan yataq dəsti və oboylar da əldə etmək mümkündür.
Şirkətin məhsullarının dəyəri isə 399-495 isveç kronu arasında dəyişir. Satışlardan əldə edilən gəlir isə Ronald Makdonaldın xeyriyyə fonduna yatırılacaq.