10 C
Baku
Wednesday, December 11, 2024

McDonald’s-ın Rusiyadakı yeni adı açıqlanıb

McDonald’s “fast food” restoranlar şəbəkəsi yeni sahibinə satıldıqdan sonra Rusiyadakı adını dəyişəcək. Verilən məlumata görə, şirkətin adı “Mc” olaraq qalacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bununla yanaşı, vurğulanır ki, brendin adındakı sarı “M” hərfi dəyişdiriləcək, çünki bu, şirkətin əmtəə nişanıdır. Xatırladaq ki, mayın 19-da McDonald’s Rusiyadakı biznesini Sibirdəki tərəfdaşı olan Aleksandr Qovora satıb. Sahibkar şəbəkə ilə demək olar ki, 10 ildir işləyir.

Qovor sövdələşmə bağlanana qədər bölgələrdə çalışanlara maaş verəcəyini vəd edib. Rusiya hökuməti mülkiyyətçi dəyişiləndən sonra McDonald’s-ın menyusunu olduğu kimi saxlamaq uğrunda mübarizə aparacaqlarına söz verib.

Son xəbərlər
Digər xəbərlər