11 C
Baku
Wednesday, December 11, 2024

Medvedev: Rusiya bütün məqsədlərinə çatacaq

Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın Ukrayna ilə öz şərtləri əsasında sülh əldə etmək istəyindən birbaşa danışmaq lazımdır.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

O, xüsusi əməliyyatın ABŞ-ın təcavüzkar hərəkətlərinə “sərt, lakin diqqətlə düşünülmüş” cavab olduğunu vurğulayıb. Siyasətçi qeyd edib ki, Rusiyanın öz milli maraqları var və “ölkə onları bütün mümkün vasitələrlə təmin edəcək”.

Dmitri Medvedev ABŞ-ın Ukrayna ilə bağlı hərəkətlərindən də danışıb. “Məqsəd eynidir – Rusiyanı məhv etmək. Bu, Qərbin başlatdığı son dərəcə aqressiv, rusofob geosiyasi prosesin əsas səbəbidir”, – siyasətçi vurğulayıb. Siyasətçinin fikrincə, Vaşinqton Ukraynada “cinayət siyasəti” həyata keçirir, “onu silahla doldurur, Donbasda dinc sakinlərin öldürülməsini təşviq edir”.

Bundan əvvəl Medvedev Rusiyanın Ukraynadakı münaqişədən qalib çıxacağına əminliyini ifadə edib. Belə ki, o, NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanın Ukraynada qalib gəlməməsi və bu münaqişənin İkinci Dünya Müharibəsindən sonra Avropa üçün ən təhlükəli münaqişə olması ilə bağlı bəyanatına cavab verib.

Son xəbərlər
Digər xəbərlər