11 C
Baku
Wednesday, December 11, 2024

“Meetups by PASHA Bank” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” zəngin təcrübəsini paylaşmağa davam edir. Bank tərəfindən trenddə olan sahələrə və istiqamətlərə dair məlumatların paylaşıldığı “Meetups by PASHA Bank” layihəsi çərçivəsində keçirilən növbəti görüş data mövzusuna həsr olunub.

Noyabr ayının 15-i baş tutan və “Data that drives decisions” mövzusunda keçirilən bu görüşdə  “PAŞA Holding”ə daxil olan şirkətlərin əməkdaşları iştirak edib.

F88A0035 scaled

Tədbirin spikerlərindən olan “PAŞA Bank”ın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş data transformasiyasından danışarkən əksər şirkətlərin yol verdiyi səhvlərdən bəhs edib.“Mindberg.ai” şirkətinin idarəedici partnyoru Hakan Yılmaz  bank sahəsində analitikanın rolundan, keçmişi və gələcək perspektivlərini əhatə edib. “İomete” şirkətinin təsisçisi və rəhbəri Vüsal Dadalov isə datanın demokratikləşdirilməsi mövzusuna dair mühüm məlumatlara toxunub. Spikerlər öz təcrübələrindən maraqlı məqamlar paylaşaraq iştirakçıların suallarını da cavablayıblar.

Xatırladaq ki, daha öncə “Meetups by PASHA Bank” layihəsi çərçivəsində keçirilən görüşlərdə dizayn, marketinq, “agile” və rəqəmsal mühəndislik sahələri əhatə olunub.

Son xəbərlər
Digər xəbərlər