9 C
Baku
Friday, December 13, 2024

“Meqa Sığorta”nın rəhbər heyətində nə baş verir?

“Meqa Sığorta” ASC-də dəyişiklər davam edir. Öncəki gün Təftiş Komisiyası və İdarə Heyəti sədrinin müavinin dəyişdirilməsi ardından bu gün İdarə Heyəti sədrinə müavin vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.

Banker.az xəbər verir ki, Abbaszadə Eldar Rafail oğlu İdarə Heyətinin Sədri müavininin vəzifələrini müvəqqəti icra edəcək.

E.Abbaszadə buna qədər “Meqa Sığorta” ASC-nin Təftiş Komissiyasının üzvü idi.

Mirzəyev Samid Salman oğlu də İdarə Heyətinə müvəqqəti üzv seçilib. Bununla yanaşı “Meqa Sığorta” ASC-nin Sığorta Hadisələri Tənzimlənməsi Departamentinin müdiridir.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən “BE&G” sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər